Şərq koloriti və Bakı istisi
“Jara-2018” festivalı
ilə bərabər paytaxtımızda rusiyalı
aktyorların iştirakı
ilə komediya filmi çəkilir
İyulun
26-da Bakıda, Xəzər
sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində
“Jara-2018” Beynəlxalq Musiqi
Festivalı başlayıb.
2016-cı ildə əsası
qoyulan və üçüncü dəfə
təşkil edilən
festivala Rusiyanın və ümumilikdə MDB məkanının 80-dək tanınmış
estrada ifaçısı
qatılıb. “Jara-2018” dörd gün davam edəcək.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın
Xalq artisti Emin, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının
təsisçisi Sergey Kojevnikovdur.
Bakıda “Jara-2018” festivalı ilə bərabər rusiyalı aktyorların iştirakı
ilə komediya filminin çəkilişi
də gedir. Yay, dəniz,
bol musiqi, məhəbbət, üstəgəl
Bakıda yaşanan macəralar. Bütün bunlar
“Bir dəfə “Jara”da” adlı yeni filmin mövzusudur.
Baş qəhrəmanlar moskvalı xanım Darya və bakılı Muraddır. Filmin qəhrəmanları sırasında Rusiyanın tanınmış estrada ulduzları, “Jara-2018” musiqi festivalının ən parlaq simaları da yer alacaq.
Filmin prodüseri Rusiyada
yaşayan həmvətənimiz, bu ölkədə bir çox kino və televiziya layihələrinin rəhbəri Teymur Cəfərov mətbuata
açıqlamasında bildirib ki, Bakıda tammetrajlı film
çəkmək, doğma şəhərimin
bütün
gözəlliyini nümayiş etdirmək
çoxdankı arzum idi:
“Ötən il Bakıda keçirilən
“Jara” festivalında tamaşaçı
qismində iştirak etdim.
Elə həmin vaxtlarda da
filmin çəkilməsi ideyası
yarandı. Bu ideyada dostum Cəfər Axundzadənin də böyük rolu var. Bir sözlə, faktlar, hadisələr sonunda
böyük bir ekran əsərinin yaranmasına səbəb oldu. İnanırıq ki,
film maraqlı alınacaq. Komediya elementləri ilə bol olsa da,
burada romantik xətt, dram da var. Filmin qəhrəmanlarının
başına gələn
əhvalatlar birbaşa
“Jara” festivalı ilə bağlı olur. Elə bu səbəbdən
də festivalın pərdəarxası məqamlarını
çəkib filmə
daxil edəcəyik”.
Teymur Cəfərov qeyd edib ki, filmdə
rusiyalı ulduzlarla bərabər tanınmış
Azərbaycan aktyorları
da rol alıb:
“Tamaşaçıları yumor, Şərq koloriti və gözəl Bakı mənzərələri gözləyir.
Deyərdim ki, bəlkə
də elə filmin baş qəhrəmanı bizim doğma şəhərimizdir.
Film qış aylarında təhvil veriləcək. Hazırda çəkilişlərin
qızğın vaxtıdır.
İçərişəhər və Heydər
Əliyev Mərkəzində
nəzərdə tutulan
çəkilişlər artıq
bitib. Festival çəkilişləri davam
etməkdədir və
festival bitdikdən sonra
daha iki həftəlik çəkilişlərimiz
olacaq”.
Kino yaradıcılığı haqqında məlumat verən T.Cəfərov bildirib ki, ixtisasca həkim-reanimotoloq olsa da, kino sənətinə öz istəyi ilə gəlib: “Yaradıcılıqla və öz imkanlarım daxilində həmişə çalışmışam ki, vətənimin zəngin tarixi və mədəniyyətini, adət-ənənəsini təbliğ edim. Bir prodüser kimi layihələrin əksəriyyətinin Azərbaycanda reallaşmasına təşəbbüs göstərirəm. Bu gün həmkarlarım məkan çəkilişləri ilə bağlı mənə müraciət edəndə onlara Azərbaycanı məsləhət görürəm. Xarici şirkətlərin Azərbaycanda sərfəli və maraqlı kino əsərləri çəkməsi üçün şərait yaratmaq mümkündür. Qonşu Gürcüstanda il ərzində təxminən 10-15 tammetrajlı hind blokbasteri, xeyli sayda Avropa filmləri və reklam çarxları çəkilir. Bu eyni zamanda ölkə üçün mənfəət deməkdir”.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 6.