Uşaqlar üçün
biblioemalatxana
Balaca oxucular kitabların bərpasında
həvəslə iştirak ediblər
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasında kiçikyaşlı oxucular üçün biblioemalatxana təşkil edilib.
Biblioemalatxananın işində balaca oxucular həvəslə iştirak ediblər. Onlar Uşaq şöbəsinin müdiri S.Namazovanın və digər əməkdaşların köməkliyi ilə üz qabığı, səhifələri qopmuş, rəngi solmuş köhnə uşaq kitablarını “bərpa” ediblər.
Emalatxanada iki saat ərzində üç kitabın rəngi bərpa olunub, doqquz kitab isə yapışqanla yapışdırılıb. Uşaqlar bu işdən böyük zövq alıblar.
Uşaqlar daha
sonra evdə mütaliə etmək üçün yeni ədəbiyyatı
abonement yolu ilə
götürüblər. Bu layihə
davamlı olacaq.
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 7.