“Milli
yaddaşda qəhrəman obrazı”
Mərkəzi Elmi Kitabxanada Xalq artisti Rasim
Balayevin yubileyi qeyd olunub
İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli aktyor, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
“Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə aktyorun həyat və yaradıcılığından geniş söz açılıb.
MEK-in direktoru
Leyla İmanova bildirib ki, sənətkarın
yaradıcılığından bəhs edən nəşrlər,
eləcə də aktyorun iştirak
etdiyi filmlər, verilişlər
kitabxananın elektron kataloquna
daxil edilib. Həmçinin
aktyor haqqında Azərbaycan dilində
“Vikipediya”dakı məlumat redaktə edilib,
ərəb, fars, türk
və gürcü dillərinə çevrilib. “Rasim Balayev” adlı elektron resurs da artıq MEK-in istifadəçilərinin ixtiyarındadır.
Sonra MEK-in əməkdaşlarının
hazırladıqları “Rasim
Balayev. Milli yaddaşda qəhrəman
obrazı” adlı videoçarx nümayiş
olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin
nümayəndəsi Elşad
Əliyev sənətkarın
zəngin yaradıcılığından,
milli kinomuzun inkişafında xidmətlərindən
danışıb. Bildirilib ki,
Rasim Balayevin çəkildiyi filmlər
Azərbaycan kinematoqrafiyasının
ən parlaq səhifələrindəndir.
Digər çıxış edənlər
də Rasim Balayev sənəti haqqında düşüncələrini
bölüşüb, aktyoru
yubileyi münasibətilə
təbrik ediblər. Bildirilib ki,
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” ekran əsərində kiçik
bir rolda çəkilib. O, “Nəsimi”,
“Babək” və “Dədə Qorqud” filmlərində ustalıqla
oynadığı rollara
görə tamaşaçıların
sevgisini qazanıb.
Sonra R.Balayev
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib. Yubilyar gənclik və
tələbəlik illərindən,
sənət yollarındakı
çətinliklərdən, çəkiliş zamanı
rast gəldiyi maraqlı hadisələrdən
danışıb.
Mədəniyyət.-
2018.- 27 iyul.- S. 8.