Balaca vokalçının böyük uğuru
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin 3-cü sinif şagirdi İsgəndər Həsənzadə iyulun 16-21-də Sankt-Peterburq şəhərində keçirilən gənc vokalçıların Yelena Obraztsova adına 7-ci Beynəlxalq müsabiqəsində iştirak edib.
Müsabiqədə məktəbin konsertmeysteri Lalə Bağırzadənin müşayiəti ilə I yaş kateqoriyasında çıxış edən İsgəndər finala vəsiqə qazanıb, müsabiqənin laureatı adına və III yerə layiq görülüb. O, müsabiqədə “Occhi Turkini” mahnısını ifa edib.
Həmçinin münsiflər heyətinin sədri
Rusiya və Ukraynanın Xalq
artisti Larisa Gergieva İsgəndər Həsənzadəni
gənc vokalçıların daha bir müsabiqəsinə dəvət edib.
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 8.