Rəssamlıq məktəbi yetirmələrinin uğuru

 

Lənkəran Uşaq Rəssamlıq Məktəbinin şagirdləri bu il respublikamızda və xarici ölkələrdə keçirilən müxtəlif müsabiqələrdə nailiyyətlər qazanıblar.

Bu yaxınlarda Yunanıstanın Ksanti şəhərində keçirilən VII Beynəlxalq uşaq rəsm müsabiqəsinə qatılan məktəbin şagirdləri növbəti uğura imza atıblar.

May ayında Misir səfirliyinin dəvəti ilə beynəlxalq sərgiyə qatılan məktəbin şagirdi Şəhriyar Rzazadə ikinci dərəcəli diplomla təltif olunub.

35 ildən çoxdur ki, fəaliyyət göstərən Rəssamlıq məktəbində rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ təsviri sənət, moda rəssamlığı, dizayn və digər ixtisaslar tədris edilir.

Məktəbin direktoru, tanınmış rəssam Adil Əsədli 2018-ci ilin onlar üçün əlamətdar hadisə ilə yadda qalacağını bildirib.

Qeyd edək ki, məktəbdə hazırda Lənkəran, Lerik, Masallı və Astara rayonlarından 60-dan çox şagird təhsil alır.

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 9.