TÜRKSOY-un baş
katibi Üzeyir bəyin evində
Bu günlərdə ölkəmizdə
səfərdə olan
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un baş katibi
Düsen Kaseinov Üzeyir Hacıbəylinin
ev-muzeyini ziyarət edib.
Qonağı ekspozisiya zalları
ilə tanış
edən muzeyin direktoru – bəstəkar, Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov Üzeyir Hacıbəyliyə məxsus
memorial əşyalar barədə
ona ətraflı məlumat verib. Dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, Üzeyir
bəyə məxsus iş masası üzərində olan əşyalar və ümumilikdə interyer, bu evin ab-havası
TÜRKSOY-un baş katibində
xoş təəssürat
yaradıb.
Üzeyir bəyin Almaniya istehsalı olan “Bekker” markalı royalı və royalın üzərindəki
XIX əsrin ortalarına
aid İtaliya istehsalı
skripka qonağın diqqətini xüsusilə
cəlb edib. Xatırladaq
ki, Düsen Kaseinov özü mahir skripka ifaçısıdır
və 1981-1984-cü illərdə
Kurmanqazi adına
Almatı Dövlət
Konservatoriyasının skripka
bölümünün müdiri
olub.
Daha sonra qonaq bəstəkarın
opera və operettalarının
səhnə təcəssümünü
əks etdirən fotoşəkillərə tamaşa
edib. “Leyli və Məcnun”, “Şah Abbas və Xurşud
Banu”, “Əsli və Kərəm”, “Koroğlu” operalarından;
“O olmasın, bu olsun” operettasının müxtəlif illərə
aid, həmçinin “Arşın
mal alan” operettasının 1962-ci ildə Qazaxıstanın Uyğur
Musiqili Dram Teatrında
müvəffəqiyyətli tamaşasından olan maraqlı fotoşəkillər
onda böyük maraq doğurub.
Onu da qeyd edək
ki, bir neçə
il əvvəl
TÜRKSOY-un layihəsi ilə
“Arşın mal alan” operettası və “Koroğlu” operası uğurla tamaşaya qoyulub.
Muzeydə dahi bəstəkarın sağlığında bu
evdə öz sənət yoldaşları,
məsləkdaşları ilə
görüşlərindən olan xatirə fotoşəkillərinə də
baxan Düsen Kaseinov bu ziyarətlə
bağlı xoş təəssüratını və
gözəl arzularını
muzeyin rəy kitabına yazıb, xatirə şəkilləri
çəkdirib.
Mədəniyyət.- 2018.- 27 iyul.-
S. 11.