Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş konsert

 

 

 Mayın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konserti keçirildi.

   Konsert proqramı 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuşdu. Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev idi.

   Musiqi gecəsində Üzeyir Hacıbəylinin "I fantaziya" IV hissə, "Cəngi", Süleyman Ələsgərovun "Daimi hərəkət", Nazim Əliverdibəyovun "Elegiya", Niyazinin "Vətən nəğməsi", Vasif Adıgözəlovun "Qərənfil", Hacı Xanməmmədovun "Yenə o bağ olaydı", Səid Rüstəmovun "Qaytağı" və digər əsərlər səsləndirildi.

   Qeyd edək ki, Beynəlxalq uşaqları müdafiə günü 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. Əlamətdar gün Azərbaycanda hələ sovet dövründən başlayaraq geniş şəkildə qeyd olunur.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.2.