Görkəmli ədib və alimə həsr edilmiş tədbir

 

 

 Mayın 30-da Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Mir Cəlal Paşayevin 110 illiyinə həsr edilmiş "Görkəmli ədib, qüdrətli ədəbiyyatşünas" adlı tədbir keçirilib.

   Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları Orxan Aydınov və Azər Məmmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin baş məsləhətçisi Sücaət Piriyeva, MKS-nin direktoru Nüşabə Ələkbərova, Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, tanınmış jurnalist, BDU-nun professorları Cahangir Məmmədli, Alxan Məmmədov, digər qonaqlar, oxucular iştirak ediblər.

   Tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin bədii-publisistik yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verilib, onun haqqında xatirələr danışılıb. Qeyd olunub ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun xeyirxahlığı, böyük müəllimliyi heyranlıqla yad edilir.

   Tədbirdə Mir Cəlalın yaradıcılığını əks etdirən videoçarxkitab sərgisi təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.4.