İsa Muğannanın 90 illik yubileyi qeyd ediləcək
Prezident İlham Əliyev mayın 31-də İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, Xalq yazıçısı İsa Muğanna (İsa Mustafa oğlu Hüseynov) altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaradıb və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirib. Ədib tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi kimi də tanınır.
Sərəncamda
Mədəniyyət Nazirliyinə, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Xalq
yazıçısı İsa
Muğannanın 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirmək
tapşırılıb.
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.2.