“Avropa
şəhərciyi" yenidən Bakıda...
Festival Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr olunub
İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - "Avropa şəhərciyi - 2018" festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv olan 20 ölkənin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə reallaşacaq.
"Caspian
Event Organisers" (CEO) şirkətinin
dəstəyi ilə təşkil olunacaq festivalın geniş tədbirlər proqramı
var. "Avropa şəhərciyi"ndə
Avropa ölkələrinə
virtual turlar, milli və Avropa rəqsləri üzrə
dərslər, karaoke musiqisi,
səfirliklərin və
mədəniyyət mərkəzlərinin
nümayəndələri ilə
xarici dil məktəbi, kimya və fizikaya dair eksperimentləri ehtiva edən bilik şouları, rəsm, çələng
toxuculuğu üzrə
ustad dərsləri,
"3D" qələmlə müxtəlif obyektlərin
çəkilməsi və
digər tədbirlər
keçiriləcək. Respublika İncəsənət
Gimnaziyasının şagirdləri
festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayacaqlar.
Festivalın qonaqları paella kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə
kulinariya şousuna da şahid olacaqlar.
Bu il "Avropa
şəhərciyi"nə dəstək verən
"Park Cinema" festivalın qonaqları üçün
bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb.
Festivalda
ilk dəfə olaraq Mədəniyyət Nazirliyi
müxtəlif xalq sənəti növlərini
və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi
dörd ənənəvi
sənətkarlıq növündən
(keramika, batika, zərgərlik və ağacda oyma) ibarət milli "Dastan" brendinin kolleksiyasını təqdim
edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikası Gənclər
Fondu Avropa şəhərciyinin rəsmi
tərəfdaşıdır.
"Avropa şəhərciyi"
qonaqlar üçün
gecə saatlarına qədər açıq olacaq
və konsert proqramı ilə başa çatacaq.
Mədəniyyət.- 2018.- 1 iyun.-
S.16.