Paytaxtımızda məşhur rusiyalı dizaynerin sərgisi açılıb

 

 

Mayın 30-da "Port Baku Mall"un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin "LivingwithArt" adlı fərdi sərgisinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Kirill İstominin "LivingwithArt" adlı fərdi sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri də nümayiş olunur. Sərginin mərkəzində quraşdırılan guşədə nümayiş olunan rəsmlər böyük maraqla qarşılanıb.

2002-ci ildə yaradılmış "Kirill Istomin Interior Design & Decoration" bu gün daxili dizayndekorasiya sahəsində dünyada lider mövqeyə malik yaradıcı təşkilatlardan biridir. Onun layihələri bütün dünyada həyata keçirilirböyük maraqla qarşılanır. İndiyədək Kirill İstominin əsərləri Paris, Cenevrə, London, Nyu-York, Los-Anceles, Sankt-Peterburq, Moskva və Almatıda, həmçinin Fransanın və İtaliyanın turizm bölgələrində nümayiş olunub. Şirkətin təsisçisi Kirill İstomin "AD" və "ElleDecoration" jurnallarının versiyalarına görə dünyanın ən yaxşı dekorçularından biridir. Sərgidə nümayiş olunan fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Burada, həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri əsasında quraşdırılan interyer, dizayn studiyasının bütün dünyada reallaşdırdığı fotolayihələr təqdim edilir.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.16.