Xalq artisti Həsənağa
Turabovun xatirəsi anılacaq
İyunun 8-də
C.Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli
aktyor, Xalq artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə
tədbir keçiriləcək.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı və
Dövlət Film Fondunun təşkilati dəstəyi ilə
reallaşacaq tədbirdə sənətkarın həyat və
yaradıcılığından bəhs edən fotosərgi
açılacaq, teatr və kino sənətimizin
inkişafındakı xidmətlərindən bəhs olunacaq.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.2.