Balaca rəssamlar
mükafatlandırılacaq
İyunun 6-da Xətai
Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm
festivalının bağlanış mərasimi keçiriləcək.
Mədəniyyət
və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm
Qalereyası, Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzi, “Azərbaycan
Televiziya və Radio
Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar
İttifaqı və Xətai Sənət Mərkəzinin birgə
təşkilatçılığı ilə reallaşan festivala sərgi ilə yekun
vurulacaq.
Yekun mərasimdən
öncə festival çərçivəsində
keçirilmiş müsabiqənin
iştirakçıları arasından seçilən uşaqlar açıq havada
öz əsərlərini yaradacaqlar.
Sərgi zamanı qaliblərə
beş nominasiya
üzrə mükafatlar təqdim olunacaq.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.3.