Muzeylərdə
uşaqların bayramı
Azərbaycan Xalça Muzeyində Beynəlxalq
uşaqları müdafiə günü münasibətilə
tədbir keçirilib. “Bir günəşin
altında” adlı bayram tədbirində paytaxt məktəbliləri iştirak
ediblər.
Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin rəhbəri Azər
Abdullayev çıxış edərək
ənənəvi tədbirin zəngin proqramı barədə
məlumat verib. Bayram
tədbirində “Sən istedadsan” layihəsinin
iştirakçılarının
çıxışları dinlənilib, klounlar
və nağıl qəhrəmanları ilə viktorinalar keçirilib. Məktəblilər
muzeydə qurulmuş hanada
xalçalara öz
ilmələrini vurublar.
* * *
Abdulla Şaiqin ev-muzeyində də Beynəlxalq
uşaqları müdafiə gününə həsr olunan tədbir keçirilib.
Muzeyin direktoru Ülkər
Talıblı maarifpərvər yazıçının həyat
və yaradıcılığından danışıb. Məktəblilər
muzeyin ekspozisiyası ilə tanış olublar.
Tədbirdə Abdulla
Şaiqə həsr edilən film və
“Tıq-tıq xanım” tamaşası göstərilib. Uşaqlar ədibin əsərlərindən
nümunələr
Mədəniyyət.- 2018.- 6 iyun.- S.4.