“Ədəbi
proses” elmi
yaradıcılıq müşavirələri davam
edir
İyunun 4-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda “Ədəbi proses-2017” adlı elmi
yaradıcılıq müşavirəsi keçirilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəyli çıxış
edərək ötən əsrin 70-80-ci illərində akademik Məmməd Cəfər Cəfərovun
rəhbərliyi ilə keçirilmiş
“Ədəbi proses-1976-1984” elmi
sessiyaları barədə danışıb. Bildirib ki,
bu yaradıcılıq müşavirələri
Azərbaycan ədəbiyyatşünaslıq elminin
inkişafında mühüm mərhələ
olmuş hadisələrdir. 1984-cü ildən
sonra Ədəbiyyat İnstitutunda
ara-sıra ədəbi ilin yekunlarına həsr
olunmuş elmi sessiyalar təşkil olunsa
da, bu iş
ardıcıl xarakter
daşımayıb. 2014-cü ildən etibarən keçirilməyə
başlanmış “Ədəbi proses” tədbirləri
forma və məzmunca yeni
xarakter daşıyır və artıq beşinci dəfə təşkil olunur.
Yazıçılar
Birliyinin katibi Rəşad
Məcid “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin
keçirilməsi ilə bağlı Ədəbiyyat İnstitutunun təşəbbüsünü
yüksək qiymətləndirib, belə tədbirlərin ədəbiyyatın
inkişafına töhfələr verəcəyini
vurğulayıb.
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı bu
yaradıcılıq müşavirələrində böyük elmi
potensialın formalaşdığını və zəngin nəzəri
təcrübənin əldə olunduğunu
diqqətə çatdırıb.
Tədbir elmi
məruzələrlə davam edib. İnstitut əməkdaşlarının
ədəbiyyatın müxtəlif janrlarına dair 20-dək məruzəsi dinlənilib.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.5.