“Muğam beynəlxalq
musiqidir, onu hamı sevir”
Azərbaycan muğamını dinlədim, çox sevdim. Qoçaq Əsgərov ilə tanış
oldum, o, mənə muğam dərsləri keçdi. Sonra Qoçaq Əsgərovla
birlikdə “Mugham
Souls” qrupunu yaratdıq.
Düşünürəm ki, musiqi
universal dildir. Buna görə də milliyyətindən asılı
olmayaraq hər kəs musiqiyə tez uyğunlaşır, onu asanlıqla mənimsəyir. Bizim ifa
etdiyimiz muğam da beynəlxalq musiqidir, onu hamı elə ilk andan sevir.
Bu fikri “Mugham Souls” qrupunun ifaçısı Pyer Treqomen UNESCO-nun baş qərargahında təşkil
edilmiş konsertdən
sonra AZƏRTAC-a müsahibəsində
bildirib.
P.Treqomen qeyd edib
ki, Qoçaq Əsgərovla birlikdə
onların ilk albomu keçən ilin noyabr ayında Fransada işıq üzü görüb. Sonra Azərbaycanda da
albomları çıxıb.
Həmin
albom artıq bir çox ölkələrdə yayılıb.
“İndi isə dünya turuna çıxmaq istəyirik. İlk konsertimiz bu
gün UNESCO-nun baş
qərargahında oldu.
İsveçrədə, Çində,
Yaxın Şərq ölkələrində və
digər ölkələrdə
də bu repertuarla konsert verəcəyik”, - deyə
o bildirib.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.6.