Bayram şənliyində sərgi və
konsert
Lənkəran
şəhər Mədəniyyət mərkəzində Beynəlxalq
uşaqları müdafiə gününə həsr
olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı bayram şənliyi
keçirilib.
Mədəniyyət
mərkəzinin həyətində uşaqların rəsm sərgisi
təşkil olunub. Uşaq
və yeniyetmə idmançılar isə tədbirə
müxtəlif yarışlarda qazandıqları medallarla gəliblər.
Uşaqların ifasında dövlət himni səsləndikdən
sonra bayram konserti başlanıb.
Mədəniyyət
mərkəzinin qızlardan ibarət rəqs qrupu “Üzümçülər”
rəqsini, Boladi kənd məktəbinin şagirdləri “Azərbaycan”
kompozisiyasını, 5 saylı məktəbin şagirdləri
“Dənizçilər” rəqsini ifa ediblər. 15, 16, 17
saylı uşaq bağçalarının rəqs
kompozisiyaları da gur alqışlara layiq görülüb. 4
saylı məktəbin şagirdi Sara Əlizadənin
ifasında “Xoşbəxt olsun uşaqlar” mahnısı
böyük coşqu ilə qarşılanıb. C.Cabbarlı
adına 1 saylı, H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəbi
şagirdlərinin birləşmiş xoru, muğam
ifaçıları, uşaq evinin, 2 və 7 saylı məktəblərin
mahnı və rəqs ifaçıları bayrama daha xoş
ovqat qatıb.
Sonda Lənkəran
şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov çıxış edərək
uşaqlara təbriklərini çatdırıb. Bir qrup fəal
uşağa fəxri fərman və hədiyyələr təqdim
olunub.
Mədəniyyət.-
2018.- 6 iyun.- S.9.