Qalereyaların Cümhuriyyət sərgiləri
Qusar Dövlət
Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyi münasibətilə rayon məktəblilərinin rəsm
işlərindən ibarət sərgi keçirilib.
Qalereyanın bələdçisi
Cəmilə Hacıyeva Cümhuriyyətin tarixindən söz
açıb, qonaqları ekspozisiya ilə yaxından
tanış edib.
40-dan çox əl işinin
nümayiş olunduğu sərgi 10 iyun tarixinədək davam
edəcək.
* * *
Lerik Dövlət Rəsm Qalereyası da
Respublika Günü münasibətilə uşaqların əl
işlərindən ibarət sərgi təşkil edib. Mədəniyyət
mərkəzi, Uşaq musiqi
məktəbi, Uzunömürlülər muzeyi,
Tarix-diyarşünaslıq muzeyi və MKS
ilə birgə reallaşan sərgi əvvəl
qalereyanın salonunda, Mədəniyyət
mərkəzinin foyesində, sonra isə ümumrayon tədbirində açıq səma
altında nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov, rayonun idarə-müəssisə
rəhbərləri və ictimaiyyət nümayəndələri
sərgi ilə tanış olublar.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.11.