Tanınmış şahmat
məşqçisinin kitablarından ibarət fond
yaradılıb
Azərbaycanın
tanınmış şahmat məşqçisi,
şahmat turnirlərinin təşkilatçısı,
Respublika Şahmat Mərkəzinin
ilk direktoru olmuş Fuad Cəfərovun
adı ölkəmizin idman ictimaiyyəti,
o cümlədən şahmatsevərlər
arasında ehtiramla çəkilir, xatirəsinə
həsr olunmuş turnirlər və
yarışlar keçirilir.
Azərbaycanın şahmat tarixində mühüm
xidmətləri olmuş Fuad
Cəfərov beynəlxalq dərəcəli hakim
kimi ölkəmizi mötəbər
yarışlarda yüksək səviyyədə təmsil edib. 1986-cı
ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinə rəhbərlik edib.
F.Cəfərovun təşəbbüsü və təşkilatçılığı
ilə respublikada uşaq
şahmatına marağın artırılması istiqamətində
çoxsaylı işlər görülüb.
“Ağ top”
yarışlarının, eləcə də məktəblilər
arasında ənənəvi şahmat
turnirlərinin keçirilməsi, 1983-1988-ci illərdə
“Bakı” qəzetinin şahmat
rubrikasında verilən maraqlı kompozisiyalar
da onun adı ilə
bağlıdır.
Mərhum Fuad
Cəfərovun şahmat oyun
qaydaları, şahmat dərs vəsaiti, şahmat məktəbləri,
şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən
müxtəlif dillərdə nəşrlərdən ibarət
zəngin kitabxanası mayın 25-də onun
qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon Mərkəzi kitabxanasına hədiyyə
olunub. Şəxsi kitabxana
Azərbaycan, rus, alman,
ingilis, xorvat, çex və digər dillərdə
ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir.
Kitabxanada Fuad Cəfərovun
kitablarından ibarət xüsusi fond yaradılıb.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.12.