Musiqinin təbiətə
təsiri
Gözəl musiqini ruhun qidası hesab
edirlər, lakin onun sehrinə təkcə insanlar deyil, təbiətdə
də düşənlər var. Klassik musiqinin delfin və köpəkbalıqlarına
müsbət təsir etdiyi də məlumdur.
Alimlər musiqinin təbiətə təsirini öyrənmək
üçün bitkilər üzərində
müşahidələr aparıblar. Məlum olub
ki, klassik musiqi sədaları altında noxud
iki gün tez yetişir, buğda isə daha tez boy atır. Aqressiv musiqilərin səslənməsi isə
bitkilərin tez solmasına səbəb olur.
Musiqi dinləyərkən
insanlar melodiyaya,
çiçəklər isə ritmə münasibət bildirir. Sakit və klassik musiqilər hətta suyun
üzündə də gözəl fiqurlar
yaranmasına səbəb olur. Suyun yanında mənfi yüklü
musiqinin səslənməsi zamanı
molekulların daha xaotik
hərəkəti müşahidə edilir.
Mədəniyyət.- 2018.- 6 iyun.-
S.15.