“Uşaqlara məhəbbətlə”
Uşaq incəsənət məktəbinin konserti
F.Əmirov
adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbində
“Uşaqlara məhəbbətlə”
adlı tədbir-konsert keçirildi. Tədbir
1 iyun - Beynəlxalq uşaqları
müdafiə günü münasibətilə
təşkil olunmuşdu.
Tədbiri məktəbin
müəllimi, musiqişünas Aytən Manafova açaraq əlamətdar
günün tarixindən
danışdı. Qeyd olundu
ki, Azərbaycanda uşaq
hüquqlarının qorunması diqqət mərkəzindədir.
Respublikamızda uşaqların sağlam
və Vətənə layiqli övlad kimi yetişməsi
üçün hər cür
şərait yaradılıb. Çünki
uşaqlar bizim gələcəyimizdir.
Ölkəmizdə uşaq
hüquqlarının təmin olunması və onların istedadının üzə
çıxarılması istiqamətində mühüm
işlər görülür.
Sonra
məktəbin Xalq çalğı alətləri
orkestrinin ifasında Fikrət Əmirovun “Gözün aydın” musiqili
komediyasından “Təntənəli rəqs”, “Reyhan”
mahnısı, Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasından “Qızların xoru”, Süleyman Ələsgərovun
qanun və xalq
çalğı alətləri orkestri üçün rapsodiya, Tofiq Quliyevin “Bakı
haqqında mahnı”, habelə “Sarı gəlin” xalq mahnısı səsləndi.
Bütün ifalar alqışlarla qarşılandı.
Sonda məktəbin
direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova
çıxış edərək tədbir
iştirakçılarına təşəkkürünü
bildirdi.
Tədbirdə
YAP Binəqədi rayon təşkilatının
sədri Ramiz Göyüşov
və rayon İcra
Hakimiyyətinin məsul əməkdaşı Şəmsi Gülverdiyev iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.-
2018.- 6 iyun.-
S.7.