Xalq artisti uşaqlar üçün oxuyub

 

           Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində Beynəlxalq uşaqları müdafiə günü ilə əlaqədar konsert keçirilib.

          Baş idarədən bildirilib ki, tanınmış opera ifaçısı, Xalq artisti Fidan Hacıyeva maraqlı konsert proqramı ilə uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edib.

          Müğənni Nüşabə Musayevanın və Fidan Hacıyevanın rəhbərlik etdiyi Vokal musiqi məktəbinin tələbələrinin çıxışları da hər kəsdə xoş ovqat yaradıb.

          Sonda uşaqlara müxtəlif oyunlarviktorinalarda fərqləndiklərinə görə diplomlar təqdim olunub.

 

        Mədəniyyət.- 2018.- 6 iyun.- S.10.