Tanınmış rəssamın əsərləri təqdim olunacaq

 

 

            “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində iyunun 8-də Xətai Sənət Mərkəzində tanınmış rəssam Fərhad Əliyevin fərdi sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Gəncə Regional Mədəniyyət İdarəsinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

           Özünəməxsus yaradıcılıq yolu, qeyri-adi üslubu ilə tanınan rəssamın sərgisi iyunun 10-dək davam edəcək.

               

 

         Mədəniyyət.- 2018.- 6 iyun.- S.9.