“Unudulmayanlar” silsiləsindən
Qulu Əsgərovun 90 illiyinə həsr
olunmuş tədbir keçiriləcək
İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar”
layihəsi çərçivəsində tanınmış
xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş
tədbir keçiriləcək.
Gecənin
aparıcıları – Xalq artisti
Mələkxanım Əyyubova və Əməkdar incəsənət
xadimi Hafiz Quliyev xanəndənin həyat və
yaradıcılığı haqqında danışacaq, bəstəkar kimi
ərsəyə gətirdiyi mahnılar haqqında
düşüncələrini bölüşəcəklər. Gecədə
Mələkxanım Əyyubova, əməkdar artistlər Zakir Əliyev, Ehtiram Hüseynov, həmçinin Mirələm Mirələmov,
Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilovun
ifaları səslənəcək. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan
Televiziyası və Radiosunun Əhməd
Bakıxanov adına Xalq çalğı
alətləri ansamblı müşayiət edəcək.
Beynəlxalq
Muğam Mərkəzi mütəmadi olaraq Azərbaycan milli musiqisi tarixində iz qoymuş görkəmli sənətkarların
həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr təşkil
edir.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.10.