“Klassik musiqi inciləri”
Pianoçu Arzu Səfərovanın yaradıcılıq
gecəsi
Beynəlxalq Muğam
Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının (BMA) baş müəllimi,
pianoçu Arzu Səfərovanın
yaradıcılıq gecəsi keçirilib.
Tədbiri açan
BMA-nın professoru Hökumə Əliyeva
həmkarı haqqında fikirlərini bölüşüb.
Bildirib ki, A.Səfərova
istedadlı pianoçu kimi
ölkəmizi beynəlxalq festival və
müsabiqələrdə layiqincə təmsil edir. Onun tələbələri
böyük nailiyyətlər qazanıblar.
Sonra
əməkdar artistlər Təranə Əliyeva, Elçin Həşimov, Elnur
Əhmədov, Ələkbər Ələkbərov, həmçinin
Rövşən Qurbanov, Fərid Quliyev, Nahid Məmmədov,
Aytən İbrahimova, Mehri
Əsədullanın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.7.