Məktəb-studiya şagirdlərinin yubiley konserti
Mayın
29-da Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) böyük
zalında Azərbaycan
Xalq Cümhuriyyətinin
100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileləri münasibətilə
BMA-nın məktəb-studiyası
şagirdlərinin konserti
keçirildi.
Əvvəlcə BMA-nın məktəb-studiyasının aparıcı
elmi işçisi,
sənətşünaslıq
üzrə
fəlsəfə doktoru Aytən
İbrahimova çıxış edərək hər iki yubileyin tariximizdəki yerindən
söz açdı.
Sonra səhnəyə çıxan məktəb-studiyanın
şagirdləri maraqlı ifaları ilə dinləyicilərin zövqünü oxşadılar. Proqramda
həm Azərbaycan, həm də
xarici ölkə
bəstəkarlarının əsərləri yer almışdı.
Konsertin yaşca
ən kiçik iştirakçısı – respublika və
beynəlxalq müsabiqələr laureatı Zərrin Şükürün fortepianoda R.Şumanın “Gənclik albomu”ndan “Kiçik romans” və
A.Şmolun
“Arzu” əsərini uğurlu ifa etməsi zalda alqışlarla müşayiət olundu.
II sinif şagirdi Ləman Qasımovanın
saksafonda ifası da alqış qazandı.
Ardınca dinləyicilər
respublika və beynəlxalq müsabiqələr laureatı Daniil Tyurinin fortepianoda, respublika müsabiqəsi laureatı Rəşad Abdullayevin fleytada mükəmməl ifalarını
rəğbətlə qarşıladılar.
Respublika müsabiqəsi laureatı Samuil Səlimov (klarnet), respublika və beynəlxalq müsabiqələr laureatı E.Hüseynov
(violin) və Mark Zençenkonun (violonçel)
ifaları, V.Adıgözəlovun
“Bakı” mahnısının vokalçı L.Baxışovanın
ifasında səslənməsi, skripkaçılar Nuradin Abdullayev və Xədicə Mehdiyeva V.Montinin
“Çardaş” əsərini duet şəklində ifa etməsi də
konsertin yaddaqalan nömrələri idi.
Konsertin sonunda sözləri Gülər Əlvanqızı və Qabil Ədalətə,
musiqisi Aytən
İbrahimovaya məxsus
“Ulu bir sərkərdə,
ulu bir öndər” kompozisiyası səsləndi.
Aytən MANAFOVA
Musiqişünas
Mədəniyyət.- 2018.- 6 iyun.- S.13.