“Laçın” musiqi
qrupu Litvada beynəlxalq
folklor festivalına qatılıb
Azərbaycanın
Litvadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyi münasibətilə
keçirdiyi tədbirlərdə iştirak etmək
üçün bu ölkəyə gəlmiş
“Laçın” musiqi qrupu beynəlxalq “Skamba skamba kankliai”
folklor festivalında iştirak edib.
Festivalda
musiqiçilərimiz Tuqay İsmayılov
(müğənni), Ədalət Behbudov (tar) və Pərviz Fərhadovun (kamança) çıxışı maraqla qarşılanıb.
“Skamba skamba kankliai” festivalı
1973-cü ildən keçirilir və etno-folklor zəmində Litvanın nüfuzlu beynəlxalq tədbirlərindən hesab olunur. Builki
festivalda Azərbaycanla yanaşı, Latviya, Polşa, Kipr, Misir, Estoniya,
Rusiya, Niderland, Belarus və digər ölkələrdən
kollektivlər iştirak ediblər.
Vilnüsdən başqa,
Druskininkai şəhərində də
çıxış edən musiqiçilərimiz muğam və xalq
mahnılarını səsləndiriblər. Festival təşkilatçıları
azərbaycanlı musiqiçilərin ifasından əvvəl
tamaşaçılara Qarabağ muğam məktəbi, Şuşa
xanəndələri haqqında məlumat verib,
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyi ilə
bağlı təqdimatlar ediblər.
Litva Prezident Administrasiyasının
qarşısındakı meydanda
keçirilən qala-konsertdə də musiqiçilərimizin
çıxışları alqışlarla
qarşılanıb.
“Laçın” musiqi
qrupu festivalda fəal
iştirakına görə Litva Mədəniyyət
Nazirliyi və Vilnüs
Meriyasının fəxri diplomları ilə təltif olunub.
Mədəniyyət.- 2018.- 6 iyun.-
S.7.