Türk dilində ilk
“İsgəndərnamə”nin surəti Bakıya gətirilib
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər
üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov
Tehranın Məclis Kitabxanasından Osmanlı şairi Tacəddin
İbrahim Əhmədinin “İsgəndərnamə”
poemasının surətini əldə edib.
Əlyazmalar İnstitutundan
bildirilib ki, şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu
Əmir Süleymana təqdim edib. Həcmi səkkiz min
beytdən artıq olan bu
əsər türkcə ilk “İsgəndərnamə”dir.
Tacəddin İbrahim
Əhmədi Osmanlı ədəbiyyatında Nizami
ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.2.