Xalq artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr
edilən tədbir
İyunun 8-də Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti
Sofa Bəsirzadənin 100 illiyinə həsr
edilən tədbir keçiriləcək.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Teatr
Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və
Dövlət Teatr Muzeyinin
birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktrisanın milli teatr və kino sənətinin inkişafında xidmətlərindən
danışılacaq, rol aldığı
səhnə və ekran əsərləri
əsasında fotosərgi nümayiş
olunacaq. Sənət dostları Sofa Bəsirzadə haqqında xatirələrini
bölüşəcəklər. Sonra
aktrisanın xatirəsinə həsr olunan
“Müfəttiş” tamaşası nümayiş
etdiriləcək.
Sofa Bəsirzadə
ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazlar
yaradıb. “Şərikli çörək”, “Romeo
mənim qonşumdur”, “Yol
əhvalatı” və s. filmlərdə
çəkilib.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.2.