İçərişəhərdə “Yay yemək festivalı”
İyunun 15-də
İçərişəhərdə Qoşa qala
qapısı yaxınlığında “Summer Food Fest” (“Yay yemək
festivalı”) təşkil ediləcək.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən bildirilib ki, festivalda paytaxtın
20-dən çox restoran
və kafesi sevilən yeməklərdən
əlavə, xüsusi menyular
da təqdim edəcək.
İştirakçıları hər gün
restoranlar tərəfindən təşkil
ediləcək viktorinalar, master-klaslar,
dequstasiyalar, uşaqlar üçün əyləncə, zövqlü musiqi gözləyir.
Qoruq idarəsi və
“Meal for Real onlayn” kulinariya
platforması tərəfindən təşkil olunan
festival iyulun 1-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.2