Naxçıvanda “İslam
mədəniyyətinin paytaxtı 2018” ilinin
açılış mərasimi keçiriləcək
İyunun
20-də gerçəkləşəcək təntənəli
tədbirə hazırlıq məsələləri
müzakirə edilib
İyunun 7-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisində
Naxçıvan şəhərinin 2018-ci il üçün
“İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə
əlaqədar yaradılmış Təşkilat Komitəsinin
iclası olub.
Əvvəlcə Ali Məclisin sədri,
Naxçıvan şəhərinin 2018-ci il üçün
“İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə
əlaqədar yaradılmış Təşkilat Komitəsinin
sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət
naziri, Təşkilat komitəsi sədrinin müavini
Əbülfəs Qarayev və Təşkilat komitəsinin
üzvləri Naxçıvan şəhərinin “İslam mədəniyyətinin
paytaxtı” seçilməsi ilə bağlı görülən
işləri əks etdirən sərgiyə baxıblar.
İclasda
çıxış edən Ali Məclisin
sədri Vasif Talıbov Naxçıvan
şəhərinin 2018-ci il üçün “İslam
mədəniyyətinin paytaxtı” seçilməsi ilə
bağlı tədbirlərin keçirilməsini təmin etmək
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 2 iyun tarixli sərəncamı ilə Təşkilat
Komitəsinin
yaradıldığını bildirib. Qeyd edib ki, Təşkilat komitəsinin
2016-cı il noyabrın 25-də ilk iclası keçirilib,
ötən dövrdə isə işçi
qrupu səviyyəsində
yığıncaqlar olub.
İyunun 20-də
Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin
2018-ci il üçün
İslam mədəniyyətinin
paytaxtı seçilməsi ilə bağlı
açılış mərasimi keçiriləcək. Bununla bağlı Tədbirlər planına uyğun olaraq
hazırlıq işləri görülür.
Naxçıvan
Muxtar Respublikasının mədəniyyət
naziri Natəvan Qədimova görülmüş
işlər barədə məlumat verərək qeyd edib ki,
muxtar respublika Ali Məclisi sədrinin 2017-ci il
23 yanvar tarixli sərəncamına
əsasən, “İslam mədəniyyətinin
paytaxtı Naxçıvan - 2018” loqotipi
hazırlanıb
və şəhərin müxtəlif məkanlarında
quraşdırılmış monitorlarda nümayiş olunur. Bundan əlavə, kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial
şəbəkələrdə də loqotipin
tanıdılması işləri aparılır.
Bildirilib ki, üzərində loqotip
əks olunmuş 100 min
ədəd zərf, 100 min ədəd poçt markası, markalardan
ibarət 200 ədəd buklet, 500 ədəd
döş nişanı hazırlanıb. Tədbirlər planına əsasən,
Naxçıvandakı türk-islam mədəniyyəti
abidələrindən Möminə xatın, Yusif
Küseyroğlu, Gülüstan
türbələrinin və Qarabağlar
Türbə Kompleksinin İSESCO-nun
siyahısına daxil edilməsi ilə
bağlı müvafiq sənədlər
hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri:
tarixdə və günümüzdə” beynəlxalq
konfransı, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini
həmrəyliyin yaradıcısıdır” mövzusunda
konfrans keçirilib. Muxtar
respublikanın türk-islam mədəniyyəti
abidələrinin təbliği məqsədilə çap materiallarının hazırlanması
da diqqətdə saxlanılıb. “İslamda müdrik kəlamlar”,
“Naxçıvan: türk-islam mədəniyyəti
abidələri”, “Naxçıvan buzxanaları”,
“Naxçıvan hamamları”, “Naxçıvan türbələri”
kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri:
tarixdə və günümüzdə” mövzusunda
keçirilmiş beynəlxalq
konfransın materialları nəşr olunub.
“İslam mədəniyyətinin
paytaxtı Naxçıvan-2018” rəsmi internet
səhifəsi, “Naxçıvan: türk-islam
mədəniyyəti abidələri”, “İslam
mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti”
videoçarxı, eləcə də “İslam
mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş
suvenirlər hazırlanıb.
Diqqətə
çatdırılıb ki, muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin
təmir və bərpası da diqqətdə
saxlanılır. Hazırda Şərur rayonundakı Yengicə
hamamında və Kəngərli rayonundakı Qarabağlar
Türbə Kompleksində əsaslı bərpa işləri davam etdirilir. Eyni zamanda, Naxçıvanın “İslam
mədəniyyətinin paytaxtı” elan
edilməsi ilə bağlı İSESCO-nun
saytına yerləşdirmək üçün
“Naxçıvan İslam mədəniyyətinin
paytaxtı - 2018” loqotipi,
Naxçıvanın müasir
görüntülərini, təbiətini, tarix-mədəniyyət
abidələrini əks etdirən fotoşəkillər
seçilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin muxtar
respublikanın mədəniyyət müəssisələrində
də “Naxçıvan İslam mədəniyyətinin
paytaxtı - 2018” devizi altında tədbirlər
keçirilib.
* * *
Azərbaycan
Respublikasının mədəniyyət naziri,
Təşkilat komitəsi sədrinin müavini
Əbülfəs Qarayev
çıxış edərək deyib ki, Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı müəyyənləşdirilən
vəzifələrin icrası ötən dövrdə diqqətdə
saxlanılıb. Azərbaycan Milli
Kitabxanasında bu mövzuda
sərgi açılıb, bütün
ölkə kitabxanalarında müvafiq
guşələr yaradılıb, mədəniyyət müəssisələrində
tədbirlər keçirilib. Eyni zamanda İSESCO-nun
saytında “Naxçıvan İslam mədəniyyətinin
paytaxtı – 2018” tədbiri haqqında ingilis,
ərəb və fransız dillərində məlumat yerləşdirilib.
Nazir qeyd edib ki,
“Naxçıvan İslam mədəniyyətinin
paytaxtı – 2018” tədbirinə böyük
maraq var. Beynəlxalq
təşkilatların və islam ölkələrinin
yüksək səviyyəli nümayəndələrinin tədbirdə
iştirakı gözlənilir. Qonaqların Bakı şəhərində
qarşılanması və Naxçıvan şəhərinə
yola salınması ilə bağlı bütün təşkilati işlər görülüb. Muxtar respublikada yaradılan müasir
infrastruktur və islami
dəyərlərin yaşadılması sahəsində
görülən işlər tədbirin yüksək səviyyədə
keçirilməsinə imkan verəcək.
* * *
Ali
Məclisin sədri Vasif Talıbov
açılış tədbirinə hazırlıqla
bağlı tapşırıqlar verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “İslam filmləri
həftəsi”nin keçirilməsi üçün
ölkələri və filmləri müəyyənləşdirməli,
cari ilin
sentyabrında bu tədbir keçirilməlidir.
İqtisadiyyat Nazirliyi
“İslam mədəniyyətinin
paytaxtı Naxçıvan-2018” loqotipi əks
olunmuş suvenirlərin hədiyyələr
mağazalarında satışının təşkilini diqqətdə
saxlamalıdır. Tədbirlər planına əsasən
2018-ci ildə “İslam dini
və ailə dəyərləri” mövzusunda
konfrans, iyun
ayının 20-dək “İslam dəyərləri:
Ramazan və Qurban
bayramları” mövzusunda elmi
forum təşkil edilməlidir. Təşkilat komitəsi AMEA-nın Naxçıvan
Bölməsi, Dini Qurumlarla
İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi ilə birlikdə bu tədbirlərin
keçirilməsini təmin etməli, İslam
dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban
bayramlarının mahiyyəti elmi
şəkildə izah olunmalıdır.
Açılış tədbirində
nümayiş üçün
hazırlanmış “İslam mədəniyyətinin
paytaxtı Naxçıvan” filmi ingilis dilinə tərcümə
olunmalıdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrının
foyesində “Mənim Naxçıvanım” fotosərgisi təşkil
olunmalı, konsert proqramı
hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində
sərgi təşkil edilməlidir. Tədbir
iştirakçılarının qarşılanması və
yola salınması, habelə iyunun 19-20-də qonaqların mədəni-kütləvi
tədbirlərdə iştirakı və görməli yerlərlə
tanışlığı üçün
təşkilati işlər görülməlidir.
* * *
İclasda Təşkilat
komitəsinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış
edərək deyib ki,
Naxçıvan şəhərinin “İslam
mədəniyyətinin paytaxtı” seçilməsi əlamətdar
hadisədir. Qeyd olunub
ki, görülən işlər
Naxçıvanı “İslam mədəniyyətinin
paytaxtı” kimi Azərbaycan dövlətçiliyinə
layiq şəkildə bütün
dünyaya təqdim edəcək:
“Naxçıvan təktanrıçılığın mərkəzidir
və qədim diyarda bununla
bağlı 3 mühüm abidə
vardır. Butorpaqdaböyükmədəniyyətformalaşıb.
Naxçıvanabidələrində İslamidəyərlərvə
dünyəvilikvəhdətdə götürülüb.
Nəticədə Naxçıvanda İslamdininə cəhalətvə
fanatizmdənuzaqyenibirbaxış - elmivə mədəniyanaşmaformalaşıb.
Naxçıvan şəhərinin “İslammədəniyyətininpaytaxtı”
seçilməsivə bununlabağlı görülənişlər
İslamagerçəkmünasibətinmodelidir”.
İsaHəbibbəylibildiribki,
AzərbaycanMilliElmlərAkademiyasındaNaxçıvan şəhərinin
“İslammədəniyyətininpaytaxtı” seçilməsiilə
bağlı tədbirlərkeçirilib,
“Naxçıvanxalçaları” və “İslamdamüdrikkəlamlar”
kitabları ərəbdilinə tərcümə edilib, dövrimətbuatdaməqalələrdərcolunub.
AliMəclisinsədriVasifTalıbovNaxçıvanda
İslamdininə, onundəyərlərinə və mahiyyətinə
uyğunmünasibətinformalaşdığını,
Naxçıvan şəhərinin “İslammədəniyyətininpaytaxtı”
seçilməsininisə buqədimdiyarıntanıdılması
baxımındanmühüməhəmiyyətə
malikolduğunudiqqətə çatdırıb. Açılış
tədbirinin ölkə və dünyamətbuatındageniş
işıqlandırılmasınınvacibliyiqeydedilib.
* * *
Təşkilatkomitəsinin üzvləriiyunun 7-də
QarabağlarTürbə Kompleksində olublar.
Qonaqlaraməlumatverilibki,
muxtarrespublikaAliMəclisisədrinin 2016-cı iliyulun
4-də imzaladığı sərəncamaəsasən, KəngərlirayonununQarabağlarkəndindəkitürk-islammədəniyyətininnadirnümunələrindənolantürbə
kompleksində bərpaişlərihəyatakeçirilib.
ƏcəmiNaxçıvanimemarlıqməktəbinindavamı,
memar ƏhmədNaxçıvaniyaradıcılığınınnümunəsiolandünyaəhəmiyyətliabidədə
bərpaişlərielmiəsaslarlaaparılıb.
Komplekstürbə, xanəgahvə
qoşaminarəlibaştağdanibarətdir. Bərpaişləriaparılarkənabidənintarixigörkəmiolduğukimiqorunubsaxlanılıb.
Təşkilat komitəsinin
üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.
Mədəniyyət.-
2018.- 8 iyun.- S.3.