“Tədris ilinin son akkordları”
Musiqi məktəbinin hesabat konserti
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
C.Hacıyev adına 3
nömrəli onbirillik
Musiqi məktəbi “Tədris ilinin son akkordları” adlı yekun konsertini təqdim edib.
Baş idarənin rəisi
Vüqar Zeynalov, Mədəni tədbirlərin
təşkili və yaradıcı gənclərlə
iş üzrə mərkəzin direktoru Hacı Əliyev, digər qonaqlar tədbirdə iştirak ediblər.
Məktəbin şagirdləri T.Quliyevin
“Qaytağı”, F.Əmirovun
“Laylay”, R.Mirişlinin
“Bir könül sındırmışam”, C.Hacıyevin
“Ballada”, P.Falyonun “Dicitencello, vuye” və digər Azərbaycan və dünya bəstəkarlarının
əsərlərini ifa
ediblər.
Məktəbin vokal ansamblının
ifasında Azərbaycan
xalq mahnısı “Laçın”, habelə “Atəşgah”, “Cırtdan”,
“Divizi”, “Renessans” xor kollektivlərinin ifasında T.Quliyevin “Popurri”, G.Struvenin “Pestrıy kolpaçok”, Y.Çiçkovnu “Uşaqlıq”
və başqa mahnılar səsləndirilib.
Sonda baş idarənin rəisi Vüqar Zeynalov çıxış edərək
kollektivi təbrik edib. O, məktəbin müəllim
və şagirdlərinə
fəxri fərmanlar təqdim edib, gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.