“Azərbaycan mətbəxi haqqında rəvayətlər”
Ukrayna dilində
İyunun 7-də
Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı
ilə Ukrayna dilində “Azərbaycan mətbəxi haqqında
rəvayətlər” (“Skazannya pro azerbaydjansku kuxnyu”)
kitabının təqdimat mərasimi keçirilib.
Milli Kulinariya Assosiasiyasının prezidenti
Tahir Əmiraslanov kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi münasibətilə işıq üzü gördüyünü
bildirib. Diqqətə çatdırıb
ki, Xarkov vilayətindəki
“Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti
tərəfindən “ASPİ AQRO” MMC-nin (“Savalan” şərablarının
istehsalçısı) sponsorluğu ilə
nəşr olunmuş bu
kitabın ilk təqdimatı Xarkovda keçirilib. Nəşrdə
Azərbaycan mətbəxinin kabab, dolma, küftə, xaş,
plov, xəngəl, paxlava
və digər nümunələri, habelə samovar
və armudu stəkan haqqında rəvayətlər
yer alıb.
Kitaba Xarkov Texniki İqtisad Kollecinin direktoru, Ukrayna Kulinariya Assosiasiyasının vitse-prezidenti
Lyudmila Radçenko, Xarkov İctimai İaşə
və Ticarət Universitetinin rektoru, professor Aleksandr Çerevko, “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri,
texnika elmləri doktoru,
professor Murad Ömərov
ön söz
yazıblar.
Murad Ömərov
bildirib ki, kitabın nəşrində
məqsəd Azərbaycan xalqının çoxəsrlik mədəni
ənənələrinin qorunması, milli
mətbəx haqqında geniş məlumatın
ukraynalı oxuculara
çatdırılmasıdır.
Milli Məclisin
deputatı Qənirə Paşayeva
kitabın iki xalq
arasında dostluq əlaqələrinə
töhfə olduğunu deyib
Mədəniyyət.- 2018.- 8 iyun.- S.4.