Mikayıl Müşfiqin
adını daşıyan məktəbdə anım mərasimi
XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
repressiya qurbanı Mikayıl Müşfiqin anadan
olmasının 110-cu ildönümü münasibətilə
onun adını daşıyan Xızı rayonu Giləzi qəsəbə
tam orta məktəbində anım tədbiri təşkil
olunub.
Əvvəlcə
iştirakçılar şairin Sayadlar kəndindəki abidəsinin
önünə əklil və gül dəstələri
qoyublar.
Sonra tədbir şairin adını daşıyan Giləzi qəsəbə
tam orta məktəbində
davam edib.
Məktəbin
direktoru Svetlana
Rüstəmova tədbirin Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin
110 illiyinin qeyd edilməsi
haqqında” 2018-ci il 17 may
tarixli sərəncamına əsasən keçirildiyini söyləyib, nakam şairin həyat və
yaradıcılığından danışıb.
Məktəblilər şairin “Yenə o bağ olaydı”, “Oxu, tar” şeirlərini və
yaradıcılığından digər nümunələr səsləndiriblər.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.6.