“YAY”
qalereyasında “Cismani peyzajlar”
İyunun 7-də
“YAY” qalereyasında “Cismani peyzajlar” adlı qrup sərgisi
açılıb.
Sərgidə rəssamlar Eldar Qurban, Mirnadir
Zeynalov, Niyaz Nəcəfov,
Aida Mahmudova,
Əmrulla İsrafilov və Səbinə
Şıxlinskayanın əsərləri yer
alıb.
Sərgidə müxtəlif peyzajlar nümayiş olunur. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir
olunur və insan bədəni
obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma,
dünyəvi forma və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində
yoxolma təəssüratını
yaradır.
İnsan
vücudu və peyzaj...
hər ikisi, eyni amala qulluq edir.
İncəsənət tarixi boyunca bu iki
mövzu bədii məzmun üçün
material qismində çıxış edərək
xırdalanıb, dağıdılıb və təkrar
yığılıb, həmçinin müxtəlif texnika və üslubların
araşdırılması məqsədilə hərtərəfli
təhlil edilib. Uzun müddət qadın bədəni
kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə
edilsə də, son zamanlar
bu tendensiya
qarşı tərəfdə də müşahidə olunur və qadın nöqteyi-nəzəri də
bərabər səviyyədə inkişaf
edir.
XX əsrin əvvəllərində
tanınmış holland rəssamı Pit Mondrian qadın (maddi) və kişi (mənəvi)
elementlərini birləşdirən, qeyri-binar
varlıq kimi qiymətləndirilən rəssam
haqqında nəzəriyyə işləyib hazırlayıb. Həmin dövrdə bir çox nəzəriyyəçilər və
rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı incəsənətin
“qadın” və “kişi” komponentlərindən
bəhs edən oxşar nəzəriyyələri
həyata keçirməyə cəhd göstərirdilər.
Sərgi sentyabrın 1-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.6.