Parisdəki diplomat xanımlar
mədəni irsimizlə
tanış olublar
Fransada fəaliyyət
göstərən “Bienvenue
en France” Xarici Diplomatlar
Assosiasiyasının üzvləri
ölkəmizin səfirliyinin
nəzdindəki Azərbaycan
Mədəniyyət Mərkəzində
olublar.
Assosiasiya üzvlərinə tariximiz, mədəniyyətimiz,
ənənələrimiz haqqında
geniş məlumat verilib. Ölkəmizin görməli
yerlərini və mədəni irs
abidələrini əks
etdirən videoçarxlar
nümayiş olunub.
Fransa-Amerika Administrativ Şurasının vitse-prezidenti,
“İncəsənət və
Mədəniyyət Assosiasiyasının
prezidenti Nikol Torcman çıxış
edərək Mədəniyyət
mərkəzi, onun yerləşdiyi məhəllənin
tarixi haqqında məlumat verib.
Assosiasiyanın üzvləri mərkəzdə
fəaliyyət göstərən
muzeydə tariximiz, milli geyimlərimiz, qədimdə istifadə edilmiş məişət
avadanlıqlarından ibarət
eksponatlarla, eləcə
də ölkəmizin
ev sahibliyi
etdiyi beynəlxalq tədbirlərdən bəhs
edən sərgi ilə tanış olublar. Onlar Bakıya səyahət
etmək, şəhərin
gözəlliklərini görmək
arzularını bildiriblər.
Sonra gənc pianoçu Etibar Əsədli “Ala gözlüm”,
“Zübeydə” mahnılarını
və milli caz musiqisi nümunələrini
səsləndirib.
Qeyd edək ki, “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri
Fransada akkreditə olunmuş qadın səfirlər və ya səfirlərin həyat yoldaşları, eləcə də müxtəlif ölkələrin
səfirliklərində fəaliyyət
göstərən diplomat qadınlardan
ibarətdir.
Mədəniyyət.-
2018.- 8 iyun.- S.7.