“Birinci dubldan”
Cümhuriyyətin 100 illiyinə həsr
edilən sənədli filmin təqdimatı
İyunun 6-da Nizami Kino
Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli
filminin təqdimatı olub. Filmin ssenari müəllifi və rejissoru
Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.
Filmin
nümayişindən əvvəl çıxış edən
Oleq Şommer bu ekran əsərini təqdim
etməkdən böyük şərəf
duyduğunu bildirib.
Xatırladıb ki, 2017-ci ilin
oktyabrında Nizami Kino
Mərkəzində
təqdimatı keçirilmiş, rejissoru və ssenari müəllifi
olduğu “Pəncərədən
düşən işıq” filminin ideya müəllifi və baş
prodüseri də Leyla
Əliyeva olub.
“Birinci dubldan” filminin əsasında mühüm
faktın dayandığını diqqətə
çatdıran rejissor deyib:
“O zaman gənc respublika
– Azərbaycan Xalq Cümhuriyyəti üzük qaşı kimi
hər tərəfdən düşmən əhatəsində
idi. Lakin buna baxmayaraq, hökumət
xaricə təhsil almağa 102 tələbə
göndərir ki, onlar
bilik qazanaraq Vətənə
qayıtsınlar və bu biliklərini doğma ölkədə tətbiq etsinlər.
Məgər ölkənin başqa
qayğıları, başqa işləri
yox idi? Əlbəttə
ki, var idi.
Lakin elə o zaman da dövlət bu gün olduğu
kimi gələcək haqqında düşünürdü. Beləliklə, ənənə,
nəsillər arasında əlaqələr davam
edir”.
Vurğulanıb
ki, 100 il əvvəl
xaricə təhsil almağa getmiş gənclərin çox
çətin taleyi olub.
Onların çoxu geri
qayıda bilmədilər, çünki
ölkə artıq müstəqil deyildi,
Xalq Cümhuriyyəti daha
yox idi. Məsələn,
Oqtay Mirqasımovun iki
doğma dayısı o
zaman xaricə təhsil almağa
getmişdi. Onların hər biri haqqında ayrıca roman
yazmaq olar. Xaricə təhsil
almağa göndərilən gənclər
sırasında olan Cəfər Kazımov
da mürəkkəb tale
yaşayıb. O, Almaniyada Frayburq
Texniki Universitetini bitirmiş, geri
qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom
bombası lazım olanda onu
tapıb, uran axtarışına göndərdilər.
O, uranı tapdı. Ona söz
verdilər ki, sürgün
müddətini azaldacaqlar, lakin
başqa cür
davrandılar.
“Filmdə bizim başlıca vəzifəmiz zamanların
əlaqəsini göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün vacib olan əsas
məsələ ölkənin
taleyini, ilk növbədə,
insanların taleyi vasitəsilə vermək idi. Buna nə dərəcədə nail olduğumuzu
tamaşaçılar daha
yaxşı deyə bilər. Lakin düşünürəm ki,
sənədli film ilk dubldan
çəkilir”, - deyən
rejissor filmin baş prodüseri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra
film nümayiş etdirilib.
Tarixi
faktlar və araşdırmalar əsasında
çəkilmiş ekran
əsərində Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə xaricdə
təhsil almağa göndərilən 102 gəncin
taleyindən, 1991-ci ildə
Azərbaycanın
dövlət müstəqilliyini
bərpa etməsindən,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə əldə olunan nailiyyətlərdən,
gənclərin təhsilinə
göstərilən diqqətdən,
iqtisadi qüdrətin
insan kapitalına çevrilməsindən bəhs
edilir.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.8.