Ölkəmiz
“Qızıl əllər” sərgisində təmsil olunub
Daşkənddə fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
bu şəhərdə keçirilən “Qızıl əllər”
beynəlxalq sərgisində ölkəmizi təmsil edib.
Tədbirdə çıxış edən Özbəkistan
Ticarət və Sənaye Palatasının sədri Əlişir
İkramov festivalın əhəmiyyətindən
danışıb.
Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov iki xalq arasında mədəniyyət
sahəsində əməkdaşlıqdan danışaraq belə
tədbirlərin xalqlarımızın zəngin mədəni
irsinin, o cümlədən
incəsənətinin nümayiş etdirilməsi
üçün əlverişli imkanlar yaratdığını söyləyib.
Tədbirdə Azərbaycanın
Qarabağ bölgəsinə aid qadın geyimləri təqdim olunub. “Qarabağ şikəstəsi”nin
sədaları altında təqdim olunan milli libaslarımız
iştirakçıların alqışları ilə
qarşılanıb.
Festivalda həmçinin
ənənəvi özbək geyimləri, habelə modelyerlərin
kolleksiyaları nümayiş olunub. Tədbirdə əl işləri də
sərgilənib.
Mədəniyyət.-
2018.- 8 iyun.- S.8.