Sumqayıtlı ifaçılar Ankarada Ramazan festivalında çıxış ediblər

 

    Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi ənənəvi Ramazan festivalı çərçivəsindəAzərbaycan gecəsikeçirilib.

    TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Keçiören Bələdiyyəsinin başqanı Mustafa Ak, digər rəsmilərin iştirak etdiyi tədbirə Sumqayıt şəhərinin nümayəndə heyəti qatılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov heyətdə yer alıb.

    Çıxışlarda iki qardaş ölkə arasında tarixi bağlardan, dostluq strateji tərəfdaşlıqdan bəhs edilib.

    Sumqayıtdan gələn incəsənət ustalarının səsləndirdikləriÇırpınırdın, Qaradənizmahnısı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Gülzar Fərəcova Vüqar Əliyevin oxuduqları mahnılar qonaqlar tərəfindən maraqla qarşılanıb.

    Səfər çərçivəsində Sumqayıt şəhəri ilə qardaşlaşmış Ankaranın Keçiören bələdiyyəsində görüş keçirilib. Nümayəndə heyəti Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında ucaldılmış abidəni ziyarət edib önünə gül çələngi qoyub.

 

 

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.9.