Milli Qəhrəmanlara həsr edilmiş filmlərin nümayişi
Mədəniyyət
Nazirliyi, Ağsu və İsmayıllı rayon İcra hakimiyyətləri,
İsmayıllı Regional Mədəniyyət İdarəsinin
təşkilatçılığı ilə Milli Qəhrəmanlara
həsr edilmiş filmlərin təqdimatı keçirilib.
İyunun 5-də Ağsu rayonundakı Heydər Əliyev Mərkəzində
“Vətənə bağışlanan ömür”, “Onun 19
yaşı vardı”, iyunun 6-da isə İsmayıllı rayon
Mədəniyyət mərkəzində “Xüsusi təyinatlı” sənədli
filmləri göstərilib.
Dövlət
sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın
Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən
çəkilən filmlər Yusif Əliyevin, Şamil Ramazanov
və Mehdi Abbasovun həyatı və döyüş yolundan
bəhs edir.
Tədbirlərdə
Ağsu rayon İcra Hakimiyyəti
başçısının müavini Sevil Mirzəliyeva,
İsmayıllı rayon İcra Hakimiyyəti
başçısının müavini Sevil Əhmədova, Mədəniyyət
Nazirliyi Kinematoqrafiya
şöbəsinin əməkdaşı Almaz Sultanzadə,
İsmayıllı Regional Mədəniyyət İdarəsinin
rəisi Elnur Hüseynov, kinorejissorlar Samirə Cəfərova,
Kəmalə Musazadə və digərləri
çıxış edərək, torpaqlarımızın
azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın
insanlara daha yaxından tanıdılmasında, gənc nəslin
vətənpərvərlik ruhunda formalaşmasında belə
filmlərin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Azərbaycanın
Milli Qəhrəmanları” silsiləsindən “Yaddaş” və
“Salnamə” studiyalarında dövlət sifarişi ilə 70-dən
artıq film çəkilib. Filmlərin paytaxtda
və ölkənin müxtəlif bölgələrindəki
mədəniyyət mərkəzlərində, hərbi hissə
və məktəblərdə nümayişləri təşkil
olunub.
Mədəniyyət.- 2018.- 8 iyun.-
S.9.