İki tədris ocağının birgə konserti
Habil Əliyev adına
Ağdaş şəhər Uşaq musiqi məktəbində
İsmayıllı Regional Mədəniyyət İdarəsinin
tabeliyində fəaliyyət göstərən Şamaxı
şəhər İncəsənət təhsili mərkəzi
ilə birgə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə
həsr olunmuş konsert keçirilib.
Uşaq musiqi məktəbinin
direktoru Rafiq İsgəndərov tədbiri açaraq qonaqları
salamlayıb.
Ağdaş Regional Mədəniyyət
İdarəsinin rəisi Tahir Əliyev və Şamaxı
şəhər İncəsənət təhsili mərkəzinin
direktoru Namiq Rzazadə çıxış edərək iştirakçıları
Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik ediblər.
Namiq Rzazadə Ağdaş
şəhər Uşaq musiqi məktəbinə rəsm əsəri
təqdim edib.
Sonra hər
iki tədris ocağının müəllim və şagirdləri
tərəfindən hazırlanmış konsert proqramı tamaşaçılara
təqdim olunub.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.9.