Misilsiz
Vətən tərənnümçüsü
Əlbəttə, bütün Azərbaycan qəlbini
və dünyanın 56 məşhur ölkəsinin səhnəsini
fəth etmiş Rəşid Behbudov!..
Öncə, bu Vətənin
ictimai-siyasi şöhrət pikində olan Vətəndaşının
aşağıda tanış olacağınız xatirəsindən
bir fraqment: “Biz yüz ildir dünyaya neft verdik, amma
özümüzü tanıda bilmədik. Ancaq bir nəfər,
bir insan, – Rəşid Behbudov öz mahnıları ilə Azərbaycanı
bütün dünyaya tanıtdı”.
Atası –
Qafqazın təbii konservatoriyası Şuşada
doğulmuş Məcid Behbudalı oğlu gözəl
muğam ifaçısı, anası – əslən qazaxlı
Firuzə Vəkilova Tbilisidəki Azərbaycan məktəbində
rus dili müəllimi olmuş, müğənniliyə məktəb
xorunda başlamış Rəşid orta məktəbi
bitirdiyi il (1933) Tbilisi parkında düzənlənən
yay konsertində Azərbaycan xalq mahnılarını elə
bir məlahətlə ifa edir ki, sonralar çəkiləsi “Bəxtiyar”
filmindəki “mənimsəmə-səninsəmə”
davalarının təməli qoyulur...
Həmin il qəbul olunduğu Dəmiryolu
Texnikumunda tələbə orkestri yaradır, solist kimi fəaliyyətə
başlayır, Gürcüstanın müxtəlif
ünvanlarına, Yerevana “pioner-qastrol”lara çıxır. “Günlərin bir bəxtəvər günü” də
yolu Bakıya düşür, “Arşın mal alan” filmində
baş qəhrəmanı oynamağa dəvət edilir və
onu “böyük Şöhrət” zirvəsinə
qaldırası pillələrin möhtəşəm “ilk”i
olan bu Əsgər obrazı 31 yaşlı bu gənci
Stalin mükafatına uğraşdırır.
“Dünyaya vizit kartı”na
(öz sözüdür) çevrilən bu ekran obrazından
sonra Behbudov incəsənətin “düyməyə (“knopka”ya)
bənd canlı sahəsi” nümunələrində hələ
çox görünəcək: “Azərbaycan
SSR incəsənətinin nailiyyətləri haqqında kinopoema”
kimi qiymətləndirilən “Doğma xalqıma”, “Bəxtiyar”,
“Xəzər neftçiləri haqqında dastan”, “Mən bir
qıza rast gəldim”, “Romeo mənim qonşumdur”, “Abşeron
ritmləri”, “1001-ci qastrol” və s. bədii, sənədli-xronikal,
komedik-əyləncəvi film-konsertlərdə, vəfatından
sonra isə “Hər şey olduğu kimi”, “Rəşid
ömrü”...
Hələ də
Azərbaycan kino-obraz generallarından hesab edilən “Əsgər”indən
sonra o, Dövlət Filarmoniyasına solist dəvət edilir və
öz zirvə istedadı ilə qarşılıqlı sənət
əlaqələrinə qovuşduğu böyük bəstəkarlardan
F.Əmirovun “Gülüş”, “Ulduz”, “Sevdiyim yardır”,
T.Quliyevin
“Neftçilər”, “Züleyxa” və b. romans və
mahnılarını öz misilsiz ifaları ilə
dövrün sənətkarlıq hadisələrinə
çevirir.
Və... yuxarıda adını
qəsdən çəkmədiyim bir mahnı –
“Azərbaycan”...
Onun müxtəsər
say-hesablı kino obrazları arasında “vizit”i Əsgər
idi, saysız-hesabsız nəğmələri içərisindəsə
“Azərbaycan”!
Xatirələr, adətən (rəsmi
tədbirlərdə “bədii hissə”lər kimi),
yazı-pozuların axırına saxlanır. Mənsə, indi
oxuyacağınız xatirəni – həm müəllifinin
şöhrəti çəkisi, həm də
“başıqarışıq” oxuculara çox böyük
görünəsi bu yazımın sonadək oxunmasına
çağrı baxımından önə çəkirəm.
Ancaq, didaktiki çıxmasın, kiçicik
bir şərtlə: bu xatirəni sonadək həmin
mahnının cantitrədici mətni informasiyası,
könülcoşdurucu melodiya və şahanə ifası vəhdətinə
xəyallanaraq oxumalı. Və məncə, böyük sənətkarın
13 oktyabr 2001-ci il tarixli xatirə gecəsində ümummilli
lider Heydər Əliyevin söylədiyi həmin xatirədən
seçmələdiyim bu bir parça hər kəsin xəyalındakı
“Rəşid Behbudov portreti”nə unikal cizgilər əlavə
edəcək:
“Mən Rəşid Behbudovu ilk
dəfə 1943-cü ildə Zabitlər evində dinləmişəm.
Ondansonraonungözəlrolları, gözəlsəsimənihəmişə
heyranedibdir. R.Behbudov – T.Quliyevilə birlikdə – Azərbaycandailkestradamahnılarınınyaradıcısı
olubdur. R.Behbudovdünyanı
başdan-başadolaşmış ilkAzərbaycanmüğənnisidir.
İkincibeləsiolmayıbdır.
Böyükqardaşım – rəhmətlikakademikHəsən
Əliyevlə söhbətlərimizinbirində
eşitdiyimsözlərmənimyadımdanheç vaxt
çıxmır: “Bizyüzildirdünyayaneftverdik, amma
özümüzü tanıdabilmədik. Ancaqbirnəfər,
birinsan, – RəşidBehbudov özmahnıları ilə Azərbaycanı
bütündünyayatanıtdı”.
Xatirimdədir, hələ
ovaxtkimənrespublikanınrəhbərliyində deyildim, xaricdəngəlmiş
hansısaməşhurmüğənnininindi “Şəhriyar”
adlananklubdakeçirilənkonsertinə getmişdim. Oradan
çıxandaRəşidlə piyadagedirdik. MənimyaşadığımAzərbaycanvə
Bülbülprospektlərininkəsişməsindəkibinanınyanındankeçərkən,
dedim, Rəşid, gedəkbir çayiçək. Dedi,
çoxməmnuniyyətlə. Evə qalxdıq, oturduq,
çayiçdikvə söhbətzamanı onabirneçə
mahnı haqda özfikrimidedim. Nədənsə, birdənsoruşdumki,
sənnə üçünRaufHacıyevin “Azərbaycan”
mahnısını indiyədəkoxumursan? Dedi, nədənsə
heç düşünməmişəm. HəyatyoldaşımZərifə
anımpianoarxasınakeçib,
həminmahnını çaldı və Rəşidbaşladı
bumahnını birbalacaoxumağa. Bundan 10-15 günsonrao, mənə
telefonetdivə dediki, bumahnı artıqhazırdır...
...1970-ciildə, – birilidiki, Azərbaycanarəhbərseçilmişdim,
– bizböyükbirnümayəndə heyətiilə – 50
illikyubileyiqeydolunanQazaxıstanagetdik. SSRİ rəhbəriBrejnevdə
oradaiştiraketdiyinə görə, bütünmüttəfiqrespublikalarınbirinci
şəxsləriQazaxıstandaidi. Mənnümayəndə
heyətinə RəşidBehbudovudadaxiletmişdim. Bununlada,
birincisi, ona özdostluqmünasibətimigöstərdim,
ikincisi, fikirləşdimki, bu, bizimnümayəndə heyətininiştirakını
dahadabəzəmiş olacaqdır. Çünkionubizdəndaha
çoxtanıyırlar. Haradaolurduqsa, hamı “Rəşid, Rəşid!”,
“RəşidBehbudov!” - deyirdi. Mənondabirdahagördümki,
kiçikdən-böyüyə qədərhamı onanecə
məhəbbətbəsləyir.”
Bircə
abzasda –
onun öz uşaqlıq
çağları – doğulduğu (14 dekabr 1915) Tiflis şəhərində
ailəsinin dolanışığı üçün 12
yaşından işləməyə başlaması ilə
bağlı xatirələrindən:
“Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanları
içərisinə salır, əlimə şlanq verib
onların ərpini təmizləməyi
tapşırırdılar... O qazanlarda hərarət çox
yüksək olurdu, istidən az qala boğulurdum...”
Yetmiş dörd illik bir ömrün ən körpə-kövrək
çağlarında o zərif əllərdə qaba-qaba
şlanqlar, o ecaz boğazda hərarətdən boğulmalar,
bütün sonralarındasa həssas-həssas mikrofonlar...
Bu məqamda
belə bir fəxarət sədası: Rəşid
Dünyası, Dünya Rəşidi...
İfa dünyasına məktəb xorundan
başlayıb, ömür dünyasını Dünya Solisti
olaraq dəyişmiş bu fenomen Filarmoniya nəzdindəki Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı tərkibində
unikal fəaliyyətinə, estrada janrının
inkişafında (və bunun ovaxtlaradək əsasən Şərq
təranələrilə nəfəs alan kütlələrə
sirayət etdirilməsində) misilsiz xidmətlərinə
görə, 1959-cu ildə SSRİ Xalq artisti adına layiq
görülür.
Unikal yenilikçiliyi, alovlu qəlbi, yorulmaz qədəmlərilə
daim mədəniyyətimizin daha da çiçəklənməsinə
yürüyən sənətkar 1966-cı ildə sənətin
digər növlərinə nisbətdə daha bəşərdilli
olan musiqinin estrada, balet, pantomim və s. janrlarını
üzvi surətdə birləşdirən Azərbaycan
Dövlət Mahnı Teatrını (SSRİ-də ilk!)
yaradır və onun bədii rəhbəri, fenomenal
aparıcı-ifaçısı olaraq, doğma nəğmələrimizdən
əlavə, dünya xalqlarına məxsus 50-dən çox
mahnı ilə 56 məşhur ölkənin səhnəsini fəth
etməyə başlayır.
Həmin arenaların hər birində Azərbaycanın tam
səlahiyyətli mədəniyyət elçisi hesab edilən
bu sənət fenomeni həm də ictimai xadim kimi
tanınıb, neçə-neçə fəxri ad,
mükafat və ünvanlara layiq görülüb: Sosialist
Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti,
Gürcüstan SSR-in Əməkdar incəsənət xadimi,
Dağıstan MSSR-in Xalq artisti, SSRİ və Azərbaycan
Dövlət mükafatları laureatı, “Lenin”,
“Qırmızı Əmək Bayrağı”, “Xalqlar
Dostluğu” ordenləri, küçə, musiqi məktəbi,
Mahnı Teatrı qarşısında abidə və s. hələ
həyat və sənət yollarını
işıqlandıran yüzlərlə elmi-populyar, ədəbi-publisistik
məqalə və oçerklər, neçə-neçə
sanballı monoqrafik kitablar...
Bu məqamda onun öz kitabını da xatırlayaq:
1952-ci ildə (altı səfərinin hər birində “bir an belə gözdən-maraqdan
qoyulmadığı”) Hindistandan qayıtdıqdan sonra qələmə
aldığı “Uzaq Hindistanda”...
1962-ci ildə İranı fəth edən
çıxışları səbəbilə Tehranda yeni
tikilmiş dəbdəbəli bir konsert kompleksini onun şərəfinə
“Rəşidiyyə” adlandırıblar. “Məşhur” diktator Pinoçetin
dövründə Çilinin bir çox şəhərindəki
möhtəşəm konsertlərinin sədasını
eşidən partizanlar onu öz kollektivilə birgə
“oğurlayıb” dəniz səviyyəsindən dörd min iki
yüz metr hündür bir dağa aparmış, antraktlarda
isti çay əvəzinə, “oksigen yastığı”yla nəfəs
verə-verə bir neçə gün “konspirativ konsert”
verdirmişlər. Düz altı dəfə qastrolda olduğu
Hindistanda tamaşaçıların “daha bir həftə də
qalın” təkidilə razılaşmayıb Vətənə
dönərkən dünyanın bu ən zəngin “nəğmə
kultlu kütlə”si saatlarla onun sərnişini olduğu
qatarın qabağını kəsib. Keçmiş Sovet
İttifaqının bir çox şəhərlərində
camaat onun özünü, Odessada isə
maşınını əlləri üstündə gəzdirib,
qəzetlərindən birinin xanım jurnalisti isə yazıb
ki, görəsən, bütün İttifaqda bu Əsgər bəyə
biganə bir qadın, vurulmayan qız tapılarmı?..
Müəyyən fasilələrlə Opera və Balet
Teatrının da (50-60-cı illər) solisti olmuş R.Behbudov
öz bənzərsiz vokal elementləri, səhnə
ustalığı ilə sənətin bu sahəsinin
inkişafına da “qızıl fond” əyarlı töhfələr,
əbədiyaşar obrazlar ərməğan edib ki, bunlardan tək
elə “Sevil” (premyerası: 25 dekabr 1953) operasındakı
Balaş rolunu xatırlatmaq kifayət edər.
Fərqindəyəm ki, indiyədək heç bir
TV-radio, qəzet-jurnal, jurnalist-publisist... bu ulu və həmişə
olu sənət azmanını axıracan kəşf-vəsf,
layiqincə tərif-təqdir, gərəyincə təfsir-təqdim
edə bilməyib və bəndəniz də onların sadiq
davamçısı...
“Lalələr”, “Bakı”, “Qalalı”, “Qalanın dibində”,
“Ağacda leylək”, “Güloğlan”, “Güləbatın”,
“Züleyxa”, “Yar bizə qonaq gələcək”, “Azərbaycan”...
Oxuduğu şedevr mahnıları sadalamaqla qurtarmayan bu
bəşəri nəğməkarın dünyadəyişimi
zamanı qəzetlərdən biri belə bir ifadə də
işlətmişdi:
“Milli kədər”...
Bu misilsiz vokal ustadının adına
bağlı sənət işləri içərisində
bir siyasi “iş” də var; tarixçəsi – 9 iyun 1989, təfsiri
– böyük OLUMa çox cılızlıqla
qıyılmış “kiçik” ÖLÜM...
Və ovaxtdan-buvaxta, bu dünya şöhrətli varolma
və SSRİ yaxalı yoxetmə ilə ilgili bir sual: “Moskvada
baş vermiş bu hadisəyə səbəb “təsadüfən”
üstü açılmış tarixi bir fakt (Ağcaqum
çölündə “güllələnmiş”
S.Şaumyanın məzarını Hindistanda öz gözlərilə
gördüyünü deməsi) olub, yoxsa, M.Qorbaçova
Qarabağ mövqeyilə bağlı sərt şəkildə
bildirdiyi irad?..”
Bu sual, onun öz xanımına
pıçıldadığı “deyəsən məni aradan
götürəcəklər” ehtimalı istisna edilməklə,
hələ də müəmma...
“Deyəsən məni aradan götürəcəklər”...
Bu sözləri ilk olaraq eşidən vəfalı
xanımı hələ “qiyabi” qayınanasının onun
haqda dediyi sözləri isə dahi həyat
yoldaşının xatirələrindən oxuyub: “Ailədə
uşaqların ən kiçiyi idim, anamın işə getməsi
hamıdan çox məni narahat edər, yamac aşağı
dalınca qaçar, ağlayar, saatlarla pəncərə
qabağında oturub gəlişini gözləyərdim. O,
xörək bişirəndə deyərdi: “Oğlum, sən bu
işləri görəsi olmasan da, öyrənsən
yaxşıdır. Nə bilirsən, evlənəcəyin
qız hər şeyi biləcək, ya yox?”
Hamımız bilirik ki, Ceyran xanım bu dünyanın
bütün yaxşı işlərini bacarıb və
bunların ən böyüyü böyük Rəşid
Bebudovu başa düşmək, qiymətləndirmək idi!
Bu yazının –
üçüncü yarımbaşlığının
başlanışı: “İfa dünyasına məktəb
xorundan başlayıb, ömür dünyasını Dünya
Solisti olaraq başa vurmuş Rəşid Behbudov!..”,
qurtarışı (?): Səs-sənəti hər gün, hər
il, hər əsr yenidən doğulub-yaşayası Rəşid
Behbudov!..
Tahir ABBASLI
Mədəniyyət.-
2018.- 8 iyun.- S.12.