Tərcümə Mərkəzində Ukrayna yazıçıları ilə görüş
İyunun 6-da Ukrayna
Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun
başçılığı ilə ukraynalı
yazıçılardan ibarət nümayəndə heyəti
Tərcümə Mərkəzində olub.
Mərkəzdən
bildirilib ki, görüşdə son illər Azərbaycan-Ukrayna
ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən,
ötən il Ukraynada işıq üzü görmüş
“Müasir Azərbaycan poeziyası”, həmçinin ölkəmizdə
nəşr edilmiş “Ukrayna ədəbiyyatı
antologiyası”ndan söz açılıb. Bu nəşrlərin
xalqlar arasında dostluq
tellərinin möhkəmləndirilməsi istiqamətindəki
əhəmiyyətindən danışılıb.
Azərbaycanda
ilk dəfə qonaq olan Ukrayna
yazıçıları Bakının gözəlliyindən,
xalqlarımız arasında doğmalığın dərin
köklərindən danışıb, mövcud
ədəbi əlaqələrin iki
ölkənin ədəbiyyatına töhfələr verdiyini bildiriblər.
Sonda
yazıçılar qədim Kiyev
memarlıq mədəniyyətinə həsr olunmuş
nəfis tərtibatlı “Kiyev Sofiyası”
kitabını Tərcümə Mərkəzinə hədiyyə
ediblər.
Mədəniyyət.- 2018.- 8 iyun.-
S.15.