“TÜRKSOY kitabxanası”ndan növbəti
nəşr
“TÜRKSOY
kitabxanası” seriyasından tatar ədəbiyyatının
görkəmli nümayəndəsi Robert Minnullinin
“Bülbüllərin toyu” şeirlər kitabı Bakıda
çapdan çıxıb.
Kitabı tatarcadan
çevirən, tərtib edən və ön sözün
müəllifi Bakı Dövlət Universitetinin Türkologiya
kafedrasının müdiri, professor Ramiz Əskər, redaktoru
dosent Nailə Əskərdir.
Kitabda bu il 70
yaşı tamam olan Tatarıstanın Xalq şairi Robert
Minnullinin tatarca şeirləri Azərbaycan dilində tərcüməsi
ilə birlikdə verilib. Şeirlərdə
Vətən sevgisi, ana
yurdun təbii gözəllikləri, saf məhəbbət, ömür
və tale, ilin fəsilləri
motivləri xüsusilə qüvvətlidir.
Robert Minnullin tanınmış şair,
publisist, jurnalist və ictimai xadimdir. Müxtəlif dillərdə
70-dən artıq kitabı
nəşr olunub,
2007-ci ildə “Seçilmiş
əsərləri”nin
7 cildliyi işıq üzü görüb. “Akbaq sirkdə”, “Yeddi əmi atı qoşur” və “Aya uçduq”
uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal
şəkildə təbliğ
etdiyinə görə
1982-ci ildə Musa Cəlil
adına mükafata layiq görülüb. 1997-ci ildə Tatarıstan Yazıçılar Birliyinin
Abdulla Əliş mükafatı
verilib. Robert Minnullin
1998-ci ildə “Küçtənəç”
kitabına görə
Abdulla Tukay adına
Dövlət mükafatı
alıb.
Mədəniyyət.- 2018.- 8 iyun.-
S.15.