“Üç dənizin
səsi”ndən Cümhuriyyətin 100 illiyinə
“Tekfen” orkestri Bakıda konsert proqramı ilə çıxış edib
İyunun 5-də Heydər Əliyev Mərkəzində “Tekfen”
Filarmoniya Orkestri “100 il” adlı möhtəşəm
konsert proqramı ilə çıxış
edib. Konsert Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının
100 illiyinə həsr
edilib.
Klassik musiqi
axşamında orkestr
tanınmış dirijor
Àziz
Şoxakimovun bədii
rəhbərliyi ilə
bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə Azərbaycan bəstəkarları
Qara Qarayev və Hacı Xanməmmədovun,
habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.
Dünya şöhrətli
pianoçu Hüseyin
Sermet və kamança ifaçısı
Mehri Arifqızının
solist qismində çıxışı gecəyə
əlavə gözəllik
qatıb.
Yüksək peşəkarlıq və
eyni zamanda universal ifaçılıq üslubunu
nümayiş etdirən
kollektivin çıxışı
salonda yüksək əhval-ruhiyyə yaradaraq
hərarətli alqışlarla
qarşılanıb.
Dirijor Àziz Şoxakimov jurnalistlərə
müsahibəsində həmişə
Azərbaycana gəlmək
arzusunda olduğunu, Bakıda çıxış
etməsindən məmnun
qaldığını bildirib.
Musiqimizə valeh olduğunu
söyləyən dirijor
hətta Azərbaycan rəqsi öyrənməyə
başladığını vurğulayıb.
Kamança ifaçısı
Mehri Arifqızı isə “Tekfen” Filarmoniya Orkestri ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunan konsertdə çıxış etməsindən
şərəf duyduğunu
deyib.
Qeyd edək
ki, “Tekfen” Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb.
Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin
musiqiçilərini bir
araya gətirdiyinə
görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.
Orkestrin
ölkəmizdə ilk konserti
2003-cü il yanvarın 14-də Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında reallaşıb.
Mədəniyyət.- 2018.- 8 iyun.- S.16.