Bakı yayının caz havası...

 

     İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” (“Yay caz günləri”) layihəsi çərçivəsində növbəti konsert keçirilib.

     Əməkdar artist Elçin Şirinov və “Andras Des Trionun birgə konserti Mədəniyyət Nazirliyinin dəstəyi və  Premier Art Managementprodüser agentliyinin təşəbbüsü ilə reallaşıb. Tədbirin rəsmi hissəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxış edərək, xalqlarımız arasında dostluq və mədəni əlaqələrdən söz açıb. Layihənin təşkilatçılarına iki mədəniyyətin bir arada təqdiminə göstərdikləri təşəbbüsə görə təşəkkür edib. Vurğulayıb ki, layihə çərçivəsində macar musiqisi ilə Azərbaycan musiqisinin sintezini eşitmək olduqca maraqlıdır.

     Konsertdə ilk olaraq Azərbaycan caz kompozisiyaları təqdim ediblər. Daha sonra  musiqiçilərin ifasında macar və Azərbaycan xalq mahnılarının sintezindən ibarət nömrələr dinlənilib.

     Qeyd edək ki, Elçin Şirinov və “Andras Des Trio” dəfələrlə dünyanın bir çox şəhərlərində birgə konsertlərlə çıxış ediblər.

     Baku Summer Jazz Days” layihəsi çərçivəsində iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın fank bas-gitaraçısı və müğənnisi Nik West öz ansamblı ilə çıxış edib.

     İyunun 8-də isə caz həvəskarlarını Fransanın populyar musiqiçiləri Jacky TerrassonStephane Belmondo ilə görüş gözləyir.

                                                

   

    Lalə AZƏRİ

 

   Mədəniyyət.- 2018.- 8 iyun.- S.16.