Toğrul Nərimanbəyovun xatirəsi
anılacaq
İyunun 14-də Milli İncəsənət Muzeyində dünya şöhrətli fırça
ustası, Azərbaycanın və SSRİ-nin
Xalq rəssamı, dövlət
mükafatları laureatı Toğrul Nərimanbəyovun
xatirəsinə həsr edilən tədbir keçiriləcək.
Mədəniyyət
Nazirliyi, Dövlət Rəsm Qalereyası
və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı
ilə reallaşacaq tədbirdə Toğrul Nərimanbəyovun Azərbaycan incəsənətinə
töhfələrindən danışılacaq, rəssamlar və
sənətşünaslar onunla
bağlı xatirələrini bölüşəcəklər.
Toğrul Nərimanbəyov
1930-cu il avqustun 7-də
Bakıda doğulub. Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbində, Litva
Dövlət İncəsənət İnstitutunda
təhsil alıb. Sənətkarın mənzərə, portret, monumental
boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi
müxtəlif sahələrdə yaratdığı əsərlər
mövzu və janr rəngarəngliyi,
özünəməxsus üslubu ilə
səciyyələnir. Rəssamın əsərləri
dünyanın sərgi salonlarında, rəsm qalereyalarında
və incəsənət muzeylərində nümayiş
etdirilir, şəxsi kolleksiyalarda saxlanılır.
2013-cü il iyunun 2-də
Parisdə vəfat edən Toğrul Nərimanbəyov bu şəhərdəki
“Passi” qəbiristanlığında dəfn olunub.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.2.