Ulu öndərə həsr edilən “Qalxan və qılınc” sənədli filminin təqdimatı
İyunun 14-də
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı
ilə “Qalxan və qılınc” sənədli filminin təqdimatı
keçiriləcək. Ekran əsəri
ümummilli lider Heydər
Əliyevin 95 illiyinə həsr edilib.
Filmdə sovet dövründə xalqımıza
qarşı erməni təxribatının
qarşısının alınmasında və cinayətkarların
cəzalandırılmasında o zaman təhlükəsizlik orqanlarında xidmət
edən Heydər Əliyevin rolu
vurğulanır.
Dövlət
sifarişi ilə ekranlaşdırılan
filmin ssenari müəllifi
və rejissoru Etibar Məmmədov,
operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev,
prodüseri Müşfiq
Hətəmovdur.
Mədəniyyət.- 2018.- 13 iyun.- S.2.