Gənc Tamaşaçılar
Teatrında “Tənbəl
Əhməd”in premyerası
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında “Tənbəl
Əhməd” tamaşasının
premyerası keçirilib.
Teatrdan bildirilib
ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş
tamaşa yeniyetmə və gənclərdə xeyirxahlıq, zəhmətkeşlik,
sadiqlik kimi yüksək insani keyfiyyətləri aşılayır.
Nağılın müasir uşaqların
dünyagörüşünə uyğun rejissor yozumu, səhnə və musiqi tərtibatı, geyim və aktyor oyunu məktəblilərin
nağıllar aləminə
səyahətinə bələdçilik
edib. Qəhrəmanın sərgüzəştləri uşaqların marağına
səbəb olub.
Gənc
rejissor Ayla Osmanovanın quruluş verdiyi tamaşada Tənbəl Əhməd rolunu gənc aktyorlar Ramil Məmmədov və Vahid Orucoğlu, rolları əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev, Zümrüd
Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyalə Meydanova və başqaları ifa edirlər.
Mədəniyyət.- 2018.- 13 iyun.-
S.2.