Milli Dram Teatrında yeni tamaşa
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
İyunun 13-də
Akademik Milli Dram
Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.
Görkəmli qırğız
yazıçısı Çingiz Aytmatovun “Gün
var əsrə bərabər”
romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, səhnələşdirmə və
rejissoru Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi
İlham Elxanoğludur.
Birhissəli epik rəvayət
olan səhnə
əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali
Qurban və Fərid Vəliyev iştirak edirlər.
Mədəniyyət.-
2018.- 13 iyun.- S.3.